Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu - VİDEO

Bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq etməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü, əvvələr oğurluq əməllərinə görə məhkum olunan Əli Kazımov polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq tutulub.
1news.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. O, bildirib ki, oğurlanan fotoaparatın zərərçəkmişə qaytarılması təmin olunacaqdır.
544