Çempionlar Liqasında qrup mərhələsi başlayır | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasında qrup mərhələsi başlayır

15:06 - 06 / 09 / 2022
Çempionlar Liqasında qrup mərhələsi başlayır

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

1news.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

F qrupunda turnirin son qalibi İspaniya "Real Madrid"i Şotlandiyada "Seltik"lə qarşılaşacaq. G qrupunda İngiltərənin "Mançester Siti" komandası İspaniyada "Sevilya"nın qonağı olacaq.

Gecənin maraqla gözlənilən daha bir oyunu isə Fransada PSJ və İtaliya "Yuventus"u arasında baş tutacaq. H qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə)
23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
23:00. "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya)

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka)
23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya)
23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail)

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

1news.az

Paylaş:
1199

Son xəbərlər

Bu avtobusun hərəkət istiqaməti dəyişdirilirBu gün, 16:54Azərbaycanda daha 64 nəfər koronavirusa yoluxub, 467 vaksin vurulubBu gün, 16:41XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edirBu gün, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadırBu gün, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməzBu gün, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTOBu gün, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdıBu gün, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsiBu gün, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEOBu gün, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayırBu gün, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıbBu gün, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıbBu gün, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVABBu gün, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıbBu gün, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcəkBu gün, 14:28Milli Məclisin aprelin 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıbBu gün, 14:06Prezident AAYDA ilə bağlı Sərəncam imzaladıBu gün, 13:53Azərbaycana xaricdən pul köçürmələri artıbBu gün, 13:50Xocavənddə döyüş sursatları tapılıb - FOTOBu gün, 13:42Aprelin ilk gününün hava proqnozu açıqlandıBu gün, 13:32
Bütün xəbərlər

Next TV