Qaz böhranının turistə çevirdiyi avropalılar - Onları Azərbaycana necə cəlb edək? - ŞƏRH
Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən bir çox Avropa ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
Rusiya isə ona qarşı sanksiyalar tətbiq edən Avropa ölkələrinə reaksiya vermək məqsədiylə təbii qaz axınını dayandırmaq qərarı aldı.
Bu qərardan sonra Avropanın bir çox ölkəsi təbii qaz qiymətlərində çox ciddi artımlar edərək qismən kəsintilərə getməyə getməyə başladı.
Qış aylarında bu kəsintilərin çox olacağından narahat olan bir çox Avropa vətəndaşı qışı rahat keçirmək üçün Türkiyəyə gəlməyə qərar verdi. Çoxlu sayda avropalı qış aylarında qalmaq üçün Türkiyədə otel və ev bron etməyə başladı.
Bəs görəsən avropalılar qışı Azərbaycanda keçirə bilərmi? Buna Azərbaycanın turizm potensialı imkan verirmi? Bu istiqamətdə hansı işlər görülməlidir?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Ənənəvi olaraq Azərbaycanda yay turizmi daha populyardır. Biz turistlərin Azərbaycana daha çox yaz-yay aylarında gəlməsini müşahidə edirik. Amma son illər Azərbaycanda qış turizminin inkişafı prioritet məsələlərdəndir. Xüsusən də Şahdağda qış turizm kompleksinin də inkişaf etməsi qış turizminə marağın artmasına və xüsusən də daxili turizmdə qış turizminə üstünlük verilməsinə gətirib çıxardı. Amma nəzərə alsaq ki, qış aylarında Avropa ölkələrindən digər ölkələrə gedənlərin sayında artımların olacağı gözlənilir”.
Deputat bildiririb ki, Avropada müşahidə olunan enerji krizisi kontekstində qış aylarında daha çox avropalı turistin cəlb edilməsi üçün həm daha çox ailə turizminin inkişaf etdirilməsi, yəni bir çox mərkəzi və şərqi Avropa və digər ölkələrdə olduğu kimi gələnlərin ailələrdə qalması, ailə turizmindən faydalanması olduqca vacibdir.
“Xüsusən də bölgələrdə yaşayan ailələrin turizm gəlirlərinin artmasına gətirib çıxara bilər. Eyni zamanda Azərbaycanda ulduzu az olan hotellərin sayının artırılması çox vacibdir. Bakıda hotellərin strukturuna diqqət yetirsək görərik ki, az ulduzlu hotellərin sayı çox deyil. Hətta turizm baxımından inkişaf etmiş bölgələrimizdə də 3 ulduz və ulduzsuz hotellərin artırılmasına ehtiyac var ki, bu, kütləvi turizmin dəstəklənməsinə gətirib çıxarsın. Bu baxımdan yataq yerlərinin sayının çox olması önəmlidir, çünküi daha çox turistin cəlb olunması üçün daha çox yataq yerinin olması lazımdır”.
“Azərbaycanda yataq yerlərinin artmasına hesablanan layihələrin, xüsusən də ulduzu az olan hotellərin inşasının dəstəklənməsi olduqca vacibdir” – V.Bayramov deyib:
“Eyni zamanda Azərbaycan əksər Avropa ölkələrinə elektron və ya “ASAN viza” rejimini tətbiq edir. COVİD pandemiyası ilə əlaqədar olaraq viza sistemində müəyyən dəyişikliklər olmuşdur. Xüsusən də Azərbaycan üçün daha qısa zamanda vizanın alınması vacibdir. Ona görə də qış aylarında avropalıların “ASAN viza” və ya electron vizadan faydalanma imkanlarını genişləndirmək lazımdır ki, daha qısa müddətdə vizalar alınması və Azərbaycana səfərlərin həyata keçirilməsi həyata keçiriləcək.
Azərbaycan qış turizmində üstünlüyə malikdir. Bölgələrimizin qış turizm potensialı böyükdür. Ona görə də son illərdə qış turizminə marağın olmasını nəzərə alsaq, bütövlükdə bu istiqamətdə potensialın artırılmasına ehtiyac var. Etiraf etmək lazımdır ki, üzümüzə gələn payız və qış aylarında hələlik mövcud infrastruktur və hotellərin sayını nəzərə alsaq, Azərbaycanın daha çox turist cəlb edəcəyi gözlənilmir. Xüsusən də belə potensiala malik olan qonşu Türkiyə və digər ölkələr var. Amma nəzərə alsaq ki, Avropada, bütövlükdə qış turizminə maraq artır və növbəti illərdə də enerji böhranının Avropanın əsas problemlərindən biri olacağı gözlənilir”