“Qarabağ” səfərdə “Frayburq”a məğlub oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” səfərdə “Frayburq”a məğlub oldu - VİDEO

09:15 - 09 / 09 / 2022
“Qarabağ” səfərdə “Frayburq”a məğlub oldu - VİDEO

Azərbaycan çempionu "Qarabağ" avrokuboklarda növbəti oyununu keçirib.

1news.az apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti "Frayburq"la qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş Bundesliqanın liderinin meydanında baş tutub.

Matç erkən qollarla başlayıb. "Frayburq" ilk 15 dəqiqədə iki dəfə "Qarabağ"ın qapısına yol tapıb.

Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.

İkinci hissədə öz oyununu tapan "Qarabağ" məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, "Qarabağ" qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.

Qeyd edək ki, qrupun digər görüşündə "Nant" "Olimpiakos"la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:1
Qollar:
Vinçenso Qrifo, 7 (pen.), Ritsu Doan, 15 - Marko Veşoviç, 39
Baş hakim: Erik Lambrexts (Belçika)
"Frayburq": 26. Mark Flekken, 3. Filip Linhardt, 28. Mattias Ginter, 30. Kristian Günter (k), 8. Maksimilian Eggeştayn, 42. Ritsu Doan, 27. Nikolas Höfler, 29. Çon U Yon, 32. Vinçenso Qrifo, 18. Nils Petersen, 25. Kilian Sildilya
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 2. Uqo Sike, 7. Conatan Şmid, 17. Lukas Kübler, 31. Keven Şlotterbek, 14. Yannik Kaytel, 34. Merlin Röl, 11. Daniel-Kofi Köreh, 38. Mixael Qreqoriç, 21. Noa Atubolu, 23. Robert Vaqner, 33. Noa Veyshaupt
Baş məşqçi: Kristian Ştrayx
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 19. Filip Ozobiç, 6. Julio Romao, 7. Riçard Almeyda
Baş məşqçi: Qurban Qurbanov
Frayburq. "Volfsvinkel" stadionu

00:53

1news.az

Paylaş:
1724

Son xəbərlər

XİN: Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edirBu gün, 16:13Ayxan Hacızadə: İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olaraq qalmaqdadırBu gün, 16:00Ayxan Hacızadə İran XİN-in sözçüsünə cavab verib: İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməzBu gün, 15:48“Ağyoxuş-1” qızıl yatağı yaxınlığında növbəti ağacəkmə aksiyası keçirilib - FOTOBu gün, 15:35Bakı metrosuna sərnişin xlor dağıtdıBu gün, 15:2831 mart hadisələri – bəşəriyyət tarixinin unudulmaz faciəsiBu gün, 15:19“Toyota Prius”: bilmədiyimiz özəllikləri - təhlükəsizlik və rahatlıq - VİDEOBu gün, 15:15Sabahdan müharibə veteranı və şəhid ailələri üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayırBu gün, 15:09Azərbaycan ilə Çex Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılıbBu gün, 15:06Aprel ayına olan hava proqnozu açıqlanıbBu gün, 15:03Autizmin ilkin simptomlarına nələr daxildir? - Psixiatr Aydan Cabbarovadan CAVABBu gün, 15:00Qərbi Azərbaycan İcması 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıbBu gün, 14:47Mərkəzi Bank standart məlumatlandırma forması təsdiq edəcəkBu gün, 14:28Milli Məclisin aprelin 4-də keçiriləcək iclasının gündəliyi açıqlanıbBu gün, 14:06Prezident AAYDA ilə bağlı Sərəncam imzaladıBu gün, 13:53Azərbaycana xaricdən pul köçürmələri artıbBu gün, 13:50Xocavənddə döyüş sursatları tapılıb - FOTOBu gün, 13:42Aprelin ilk gününün hava proqnozu açıqlandıBu gün, 13:32Avtomobillərin idxalına məhdudiyyət ikinci əl maşınların qiymətinə təsir edəcək? - Ekspert açıqladıBu gün, 13:11Küləkli hava nə zamana kimi davam edəcək?Bu gün, 13:05
Bütün xəbərlər

Next TV