Xalq kraliçanı belə anır - İngiltərədə matəm FOTOLARDA
Britaniyanın ən uzun müddət taxtda qalan hökümdarı, Kraliça II Elizabetinin vəfatından sonra ölkədə bir çox insan onun üçün gül dəstələri qoymağa və yas tutmağa başladı.
1news.az xəbər verir ki, Kraliçanın ölümü Bukinqem sarayının qapısına vurulan elanda elan edilib.
Bukinqem sarayına gedən minlərlə insan gül dəstələri qoyararaq kraliçanın evinin şəkillərini çəkiblər. Sarayda bayraqlar yarıya qədər endirilib.
Yağışlı havaya baxmayaraq, çox sayda insan Kraliçanın öldüyü Balmoral qəsrinin qarşısına gül dəstələri qoyub.
Kraliçanın çox sevdiyi Vindzor qəsrinin qarşısına da güllər düzülüb. Ərazidə yaşayanlar onu öz qonşusu kimi görürdülər.
Bir çox insan Kraliçanın Edinburqdakı evi olan “Holyroodhouse” Sarayına da gül qoyub.
Londonda “Piccadilly” Meydanının məşhur reklam lövhəsindəki reklamlar yığışdırılıb, kraliçanın fotosu yayımlanıb.