TÜRKPA Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətlə bağlı bəyanat yayıb
Türk Dövlətləri Parlament Assambleyasının Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatla bağlı dərin narahatlığını bildirir və qətiyyətlə qınayır.
1news.az-ın məlumatına görə, TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.
Katiblik şəhidlərin ailələrinə, qardaş Azərbaycan xalqına başsağlığı verir, qazilərimizə və xəsarət alanlara Allahdan şəfa diləyir.