İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb - YENİLƏNİB

Qafar Ağayev11:00 - 16 / 09 / 2022
İlham Əliyev Səmərqənddə Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb - YENİLƏNİB

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

1newsaz xəbər verir ki, görüşdə Prezident İlham Əliyev əlaqələrimizin inkişafından məmnunluğunu ifadə etdi, Azərbaycanın və Pakistanın daim bir-birinin yanında olduqlarını diqqətə çatdırdı. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini dedi. Prezident İlham Əliyev Pakistanın Ermənistanın Azərbaycana qarşı otuzillik işğalı dövründə bu dövlətlə diplomatik əlaqə qurmayan üç ölkədən biri olduğunu və bunun xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev Pakistanın İslam Əməkdaşlıq Təşkilatının sədri kimi Azərbaycanın təşəbbüslərinə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan, Pakistan və Türkiyənin üçtərəfli formatda da çox sıx əməkdaşlıq etdiyini vurğuladı.

Baş nazir Şahbaz Şərif bu görüşdən məmnunluğunu ifadə etdi, Prezident Arif Alvinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Prezident Arif Alvinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistan Prezidentinə çatdırmağı xahiş etdi.

Pakistanın Baş naziri Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi. Baş nazir Şahbaz Şərif Pakistanda baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınlar zamanı Prezident İlham Əliyevin göstərdiyi mənəvi, maddi və dostluq dəstəyinin yüksək qiymətləndirildiyini bildirdi. "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik", - deyə Pakistanın Baş naziri qeyd etdi.

Baş nazir Şahbaz Şərif Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvəti məmnuniyyətlə qəbul edərək, Pakistanın Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə Pakistan ilə həmrəydir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə kontakt qrupun üzvüdür.

Söhbət zamanı ölkələrimiz arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, investisiyaların təşviqi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparıldı və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verildi.

***

Saat 08:58

Sentyabrın 16-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşü olub.

Paylaş:
445

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!Bu gün, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edibBu gün, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilirBu gün, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunubBu gün, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənibBu gün, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıbBu gün, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıbBu gün, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTOBu gün, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilibBu gün, 16:58Bakının iki rayonunda işıq olmayacaqBu gün, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıbBu gün, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilibBu gün, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTOBu gün, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyirBu gün, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdıBu gün, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlərBu gün, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edibBu gün, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİBBu gün, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAMBu gün, 15:08
Bütün xəbərlər