Azərbaycan və Türkiyə kosmik layihələrdə birgə iştirak edəcək - FOTO
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərkosmos və Türkiyənin Kosmik Agentliyi arasında kosmik sahədə Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, imzalanma mərasimi Parisdə Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilib.
Memorandum Yerin məsafədən müşahidəsi və texnologiyanın inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsini, kosmik sahə üzrə kommersiya və təhsil imkanlarını dəyərləndirmək üçün qarşılıqlı fayda gətirən təcrübə və bilik mübadiləsi proqramlarının genişləndirilməsini nəzərdə tutur.
Sənəd Azərkosmos və Türkiyə Kosmik Agentliyinin beynəlxalq kosmik layihələrdə birgə fəaliyyətinə, yerli kosmik ekosistemin, kosmik elm və digər sahələrin inkişafında fəal əməkdaşlığına yol açacaq.