Nazir: Qeyri-neft-qaz sektorunda artım sürətlənib
Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.
1news.az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. manat olub:
"Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı", - M.Cabbarov deyib.
317