Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib | 1news.az | Xəbərlər
İdman

Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

12:07 - 06 / 10 / 2022
Azərbaycan millisi FİFA reytinqində 5 pillə irəliləyib

Milli komandaların FİFA reytinqi açıqlanıb.

1news.az saytının məlumatına görə, Azərbaycan millisi dünyanın 123-cü komandasıdır.

Komandamızın aktivində 1146,72 xal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 xallıq qazancla 5 pillə irəliləyib.

Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Qardaş Türkiyə yığması 1460,14 xalla 45-cidir. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

Qeyd edək ki, cədvələ 1841,30 xalla Braziliya başçılıq edəcək.
1news.az

Paylaş:
458

Son xəbərlər

Bakıda 3 otaqlı mənzildə yanğın olubBu gün, 15:38Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşübBu gün, 15:09Bakıda yaşayış binasında yanğın olub - VİDEOBu gün, 14:49Pakistan vətəndaşı Bakıda mopedlə qəzaya düşdüBu gün, 13:59Ölkəyə qaçaqmalçılıq yolu ilə 93 ədəd “iPhone” keçirmək istədilər, qarşısı alındıBu gün, 13:39Əfqanıstan və Pakistanda baş verən zəlzələdə ölənlərin 13-ə çatıbBu gün, 13:16Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:10Ermənistanın Müdafiə Nazirliyinin yalanı üzə çıxdı, “əsir götürülüb” deyilən hərbçi tapıldıBu gün, 12:38Lənkəranda skeletləşmiş qadın meyiti aşkarlanıbBu gün, 12:24Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”Bu gün, 12:00Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır - FOTOBu gün, 11:31Satıcı marketdən 10 min manatlıq oğurluq etdiBu gün, 11:07Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blu Rezidens-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 11:00Ağcabədidə yol qəzası olub - ölən varBu gün, 10:51Xaçmaz sakinindən hədə-qorxu yolu ilə 3500 manat alan şəxs saxlanılıbBu gün, 10:40Ötən gün ölkə ərazisində qeydə alınan 37 cinayətin üstü açılıbBu gün, 10:13Ötən gün ABŞ dövlət katibi İlham Əliyevə zəng edib - Tam mətnBu gün, 09:46Ucarda ot bağlamaları yanıbBu gün, 09:24Laçın-Xankəndi yolunda keçirilən aksiya 101 gündür davam edirBu gün, 09:15Türkiyədə idmançıları daşıyan avtobus qəzaya uğradı, yaralılar var21 / 03 / 2023, 18:06
Bütün xəbərlər

Next TV