Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

17:10 - 17 / 10 / 2022
Azərbaycanın 3 güləşçisi dünya çempionatında yarımfinala yüksəlib

Azərbaycanın 3 yunan-Roma güləşçisi İspaniyanın Pontevedra şəhərində start götürən U-23 dünya çempionatında yarımfinala yüksəlib.

1news.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən Nihad Quluzadə 1/4 finalda Giorgi Toxadzeyə (Gürcüstan) qalib gələrək, adını növbəti mərhələyə yazdırıb. O, finala gedən yolda Ken Matsuyi (Yaponiya) ilə qarşılaşacaq.

63 kq-da Ziya Babaşov 1/8 finalda Endi Xuan Suçu (İspaniya), ardınca isə Mustafa Safa Yıldırımı (Türkiyə) üstələyib. Onun yarımfinaldakı rəqibi İman Hussein Xan Məhəmmədi (İran) olacaq.

130 kq-dakı Sərxan Məmmədov ardıcıl olaraq, Damir Zuparov (Qazaxıstan) və Kolton Maykl Şultsu (ABŞ) məğlub edib. O, finala vəsiqə uğrunda Mixail Vişnivetski (Ukrayna) ilə üz-üzə gələcək.

87 kq-dakı Laçın Vəliyev isə startda Andreas Vaelisi (Estoniya) yensə də, 1/4 finalda Şimon Şimonoviçlə (Polşa) bacarmayıb.

1news.az

Paylaş:
777

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər