“Biz sadə bir problemi çözməkdə çətinlik çəkirik” - Fazil Mustafa
"Biz sadə bir problemi çözməkdə çətinlik çəkirik".
1news.az xəbər verir ki, bunu Böyük millət- güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisinin deputatı Fazil Mustafa deyib.
"Mən Eynulla Fətullayevin bir müsahibəsinə baxmışdım. Xarkovun merindən soruşmuşdu ki, Ukrayna bu qədər dağıdılıb, amma zibilliyin içində deyil. Amma Bakı yağış yağan kimi zibilliyin içində qalır. Bakı bizim ürəyimizdir. Ürəyimiz tıxacda qalıb".
456