“Qarabağ” bu gün “Frayburq”u qəbul edəcək - Həlledici oyun
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.
1news.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv G qrupunun VI turunda Almaniyanın "Frayburq" klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.
"Qarabağ"ın heyətində Filip Ozobiç və Leandro Andrade zədə səbəbindən bu görüşü buraxacaq. Qara Qarayevin iştirakı isə sual altındadır.
Hazırda 7 xalla ikinci sırada qərarlaşan "Qarabağ" "Frayburq"u məğlub etsə, digər matçın nəticəsindən asılı olmayaraq pley-off mərhələsinə yüksələcək.
Qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edəcək.
2126