Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

10:04 - 07 / 11 / 2022
Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

Noyabrın 6-sı saat 19:35-dən 21:50-dək fasilələrlə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca istiqamətindəki mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Mollabayramlı və Bəzirxana yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1news.az

Paylaş:
641

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər