Ərdoğan: “Ermənistan Azərbaycanla bağlı müsbət addım atsa, bu bizimlə münasibətə də təsir edəcək”
“Bir Ermənistanla sonuncu dəfə Praqada görüş keçirdik, onlara “Əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, bizim də Ermənistanla da münasibətlərimiz müsbət istiqamətdə gedəcək" demişik”.
1news.az xəbər verir ki, bu gün jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunu açıq şəkildə onlara bildirdik. Hazrda bu mərhələyə gəlindiyini deyə bilmərəm. Diasporlar onların əleyhinə işləyir, bu prosesə mənfi təsir göstərir. Bunu müsbət istiqamətə çevirəcək də Ermənistan rəhbərliyidir. Biz düşmən tapmağa yox, dostluq etməyə çalışırıq. Ermənistan rəhbərliyi buna nail olsa, həm Laçın, həm də Zəngəzur bağlı, Azərbaycanla bağlı müsbət addımlar atsa, bu, atacağımız addımlara müsbət təsir göstərəcək”.
346