Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

16:08 - 26 / 11 / 2022
Dünya Oyunları: Azərbaycan para-üzgüçüsü gümüş medal qazanıb

Azərbaycan para-üzgüçüsü Əli Vəliyev Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçirilən Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında gümüş medal qazanıb.

1news.az xəbər verir ki, Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, o, sərbəst üzmə növündə 1:07:90 nəticə göstərərək 2-ci yerə sahib çıxıb.

Qeyd edək ki, Əli Vəliyev milli komandanın üzvü, uşaq paralimpiya hərəkatının yetirməsidir.

1news.az

Paylaş:
1362

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər