Çində “Sıfır COVID”-ə qarşı ETİRAZ

Çində “Sıfır COVID” siyasətinə qarşı insanlar etirazlara başlayıblar.
1news.az Euronews-a istinadla xəbər verir ki, Çində hökumətin COVID-19 məhdudiyyətlərinə və Sincan Muxtar Bölgəsindəki bir mənzildə yanğına qəzəb bir çox şəhərlərdə etirazlara səbəb olub.
Yanğında həyatını itirənlərin xatirəsini yad etmək və karantin siyasətinə etiraz etmək üçün Anfu mahalının Orta Urumçi küçəsində toplanan kütləyə polis müdaxilə edib, bəzi nümayişçilər saxlanılıb.
İddialara görə, Pekinin bəzi bölgələrində komendant saatı ilə bağlı qeyri-müəyyən xəbərlər şəhərdə aylardır görünməyən qida və digər ehtiyac mallarına tələbatı artırıb. Pekinin şimal ətraflarında qeyri-adi sayda alıcı ərzaq mağazalarında rəfləri boşaldıb.
Çində əhalinin etiraz etməsinin əsas səbəbi evdən çölə çıxa bilməmələri və COVID səbəbindən götürülməyən ciddi məhdudiyyətlərdir.
Aynurə Xudaverdiyeva





