İran 715 məhkumu azad etdi | 1news.az | Xəbərlər
Dünya

İran 715 məhkumu azad etdi

13:30 - 29 / 11 / 2022
İran 715 məhkumu azad etdi

İran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib.

1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb.

O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.

Xatırladaq ki, İran milli komandası noyabrın 25-i Uels yığmasını 2:0 hesabı ilə məğlub edib. Mundialın birinci turunda isə İran yığması İngiltərəyə 2:6 hesabı ilə uduzub.

Paylaş:
499

Son xəbərlər

Bütün xəbərlər