Ermənistan polisinin keçmiş rəhbərinin qızı barədə istintaq araşdırması başlanıb | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistan polisinin keçmiş rəhbərinin qızı barədə istintaq araşdırması başlanıb

13:05 - 30 / 11 / 2022
Ermənistan polisinin keçmiş rəhbərinin qızı barədə istintaq araşdırması başlanıb

Ermənistan polisinin keçmiş rəhbəri Vladimir Qasparyanın qızı barədə “dövlət vəsaitlərinin mənimsənilməsi və israf edilməsi” maddəsi ilə istintaq araşdırması başlanılıb.

1news.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər.

Həmçinin qeyd olunub ki, sözügedən şəxs atası V.Qasparyanın və Ermənistan Polis Qüvvələrinin keçmiş komandanı Levon Eranosyanın köməyi ilə müxtəlif illərdə polis orqanlarında bir neçə vəzifə təyinatı alıb. Məlum olub ki, 3 il ərzində işə getməyərək öz vəzifə öhdəliklərini yerinə yetirməyib.

Qasparyanın qızına podpolkovnik rütbəsinin verilməsi də vurğulanıb və irəli sürülən iddialara görə, 3 il ərzində əmək haqqı, mükafat və məzuniyyət pulu adı altında təxminən 22 min dollar vəsait mənimsəyib.

APA

Paylaş:
974

Son xəbərlər

Bütün xəbərlər