Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Qafar Ağayev12:16 - 05 / 12 / 2022
Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Xidmətin dekabrın 5-i saat 12:00-a olan məlumata əsasən havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5-8, yüksək dağlıq ərazilərdə 11-13 dərəcə şaxta qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər