“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olunub - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olunub - DOSYE

Qafar Ağayev12:58 - 05 / 12 / 2022
“Azərbaycan Dəmir Yolları” QSC-yə yeni mətbuat katibi təyin olunub - DOSYE

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə Sənubər Nəzərova qurumun mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

1news.az xəbər verir ki, bu barədə qurumun "Facebook" səhifəsində məlumat verilib.

Bildirilib ki, Sənubər Nəzərova korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə yerli və beynəlxalq təşkilatlarda 15 ildən artıq zəngin iş təcrübəsinə malikdir.

S. Nəzərova bakalavr təhsilini Xəzər Universitetinin Humanitar Elmlər fakültəsində ingilis və ərəb dilləri üzrə alıb. 2008-ci ildə Xəzər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistr pilləsini bitirib. 2009-2010-cu illərdə İsveçrə Federal Hökumətinin Cənubi Qafqazda həyata keçirdiyi “CABİR” proqramı çərçivəsində “The Graduate University of Geneve” də təhsil alıb. 2010-cu ildə isə İsveçrə Liderlik Mükafatının qalibi elan olunub. Sənubər Nəzərova 2018-ci ildə BP və tərəfdaşlarının dəstəyi ilə həyata keçirilmiş Corc Vaşinqton Universitetinin “Layihələrin İdarəedilməsi” məktəbini uğurla başa vurub.

2003-2010-cu illər ərzində Bakıda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarda və diplomatik korpuslarda media və kampaniyaların təşviqi üzrə məsul vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə Minilliyin İnkişaf Məqsədləri üzrə vəkillik və lobbiçilik kampaniyalarını həyata keçirən “GCAP Europe’’ koalisyasında MDB və Balkan regionları üzrə media əlaqələndiricisi vəzifəsini icra edib.

2013-2020-ci illərdə “SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

Qeyd edək ki, Sənubər Nəzərova T3 Vəkfi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayında Bakıda ilk dəfə olaraq keçirilmiş “Teknofest Azərbaycan’’ Aerokosmik və Texnologiya festivalının PR meneceri vəzifəsini icra edərək tədbirin yerli və beynəlxalq mediada geniş ictimailəşdirilməsini uğurla həyata keçirib.

Xatırladaq ki, bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini Natəvan Bayramova tutub.

Paylaş:
394

Son xəbərlər

Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü başlayıbBu gün, 12:50Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcəkBu gün, 12:44AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırıbBu gün, 12:37Riqada ilk dəfə ənənəvi Azərbaycan xalçalarından ibarət böyük sərgi təşkil olunub - FOTOBu gün, 12:31Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıbBu gün, 12:11Göygöl və Gədəbəydə qanunsuz tikililər sökülübBu gün, 12:09Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, avtomat tapılıbBu gün, 11:54Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! - FOTOBu gün, 11:31Azərbaycan I Liqasında çempion bu gün müəyyənləşə bilərBu gün, 11:25Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıbBu gün, 11:19Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olubBu gün, 11:16Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilibBu gün, 11:09AccessBank-da “VIP Club”-ın rəhbəri: Biz müştərilərimizə eksklüziv bank məhsulları və fərdiləşdirilmiş premium xidmət təklif edirikBu gün, 11:00Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub - FAKTİKİ HAVABu gün, 10:55Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 10:54Qaradağ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edilibBu gün, 10:472 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunubBu gün, 10:18Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşıbBu gün, 10:07Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilibBu gün, 10:03Dünya bazarlarında qızılın qiyməti 2400 dollara yaxınlaşıbBu gün, 09:53
Bütün xəbərlər