Lukaşenko amnistiya fərmanı imzalayıb | 1news.az | Xəbərlər
Dünya

Lukaşenko amnistiya fərmanı imzalayıb

13:29 - 08 / 12 / 2022
Lukaşenko amnistiya fərmanı imzalayıb

Belarus Prezidenti Aleksandr Lukaşenko amnistiya fərmanı imzalayıb.

1news.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Amnistiya Belarusda “Xalq Birliyi Günü” münasibətilə imzalanması qeyd edilib.

Amnistiya fərmanı 8,5 min nəfərə şamil olunacaq. Onlardan 4,5 min nəfər cəzasının geri qalan hissəsindən azad olunacaq, daha 4 min nəfərin cəza çəkdiyi müddət 1 ilə qədər azaldılacaq. Terror əməlləri törətmiş şəxslər və separatçıların azad olunması amnistiyada nəzərdə tutulmayıb.

Xatırladaq ki, Belarusda “Xalq birliyi günü” hər il sentyabrın 17-si qeyd olunur.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər