Sabah Putin və Paşinyan görüşəcəklər | 1news.az | Xəbərlər
Ermənistan

Sabah Putin və Paşinyan görüşəcəklər

17:21 - 08 / 12 / 2022
Sabah Putin və Paşinyan görüşəcəklər

Rusiya Prezidenti Vladimir Putin dekabrın 9-u Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

1news.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov açıqlayıb.

Onun sözlərinə görə, görüş Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq.

Xatırladaq ki, Putin dekabrın 9-u Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Bişkekə səfər edəcək.

Paylaş:
1090

Son xəbərlər

Bütün xəbərlər