Tariximizin Zəfər paradı | 1news.az | Xəbərlər
Siyasət

Tariximizin Zəfər paradı

10:50 - 08 / 12 / 2022
Tariximizin Zəfər paradı

Azərbaycanın müasir tarixində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması və doğma Şuşa şəhərimizin azad olunması ilə yaddaşlara həkk olundu.

Xalqımızın birliyi, vəhdət təşkil edərək öz Sərkərdə oğluna olan etibarı İkinci Qarabağ-Vətən Müharibəsində azərbaycanlıların və müasir Ordumuzun yeni texnoloji, habelə innovativ çağırışları mənimsəyərək əzmkarlıq nümayiş etdirməsi ilə yanaşı, eyni zamanda dünya hərb tarixinə də yeniliklər gətirdi.

Azərbaycanın son 200 illik dövlətçilik tarixində itirilmiş torpaqlarının geri alınmasına dair müzəffər Ordumuzun qətiyyəti 2020-ci il 10 dekabr tarixində müstəqil Azərbaycan Respublikasının paytaxtı, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda ölkəmizin qardaşları, müttəfiqləri ilə böyük sevinclə, təntənəli şəkildə qeyd olundu.

Həmin paradda 44 günlük müharibə zamanı həm Azərbaycan Ordusunun istifadə etdiyi 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər, eyni zamanda müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş etdirilmişdi.

Zəfər paradının ən böyük özəlliyi və heç vaxt yaddaşlardan silinməyəcək məqamı mədəniyyətimizin incisi olan Şuşamızın azad edildikdən sonra qəhrəman övladlarımızın şəhər üzərində qaldırdıqları Zəfər bayrağının parada gətirilməsi və Ali Baş Komandan İlham Əliyevin, bütün Azərbaycan xalqının gözlərinin önündən qürurla dalğalanaraq keçirilməsi idi.

Bu gün fəxarətlə deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Hərbçilərimizin psixoloji hazırlığı, vətənpərvərlik hissi, döyüş ruhu çox yüksəkdir və keçirilən paradda nəinki biz, bütün beynəlxalq ictimaiyyət bunun canlı şahidi oldu.

Keçdiyimiz müstəqillik tariximizdə Azərbaycan övladlarının vətənpərvər ruhda yetişdirilməsi, dövlətimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi misilsiz işlər, habelə hərbi-texniki sahədə şaxələnmiş islahatlar məhz İkinci Qarabağ-Vətən Müharibəsində özünü nümayiş etdirdi, o cümlədən Azərbaycana dost və qardaş olan dövlətlərin hərtərəfli fəaliyyətini bir daha göstərdi.

Təsadüfi deyil ki, paradı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir.

Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirak etməsi, çıxış edərək Azərbaycan xalqını, Azərbaycan Ordusunu, Azərbaycanın qəhrəman övladlarını təbrik etməsi, əbədi və əzəli torpaqlarımızda Azərbaycan bayrağının yenidən dalğalanmasını qeyd etməsi bütün azərbaycanlılara əlavə ruh yüksəkliyi bəxş edərək Qələbəmizin daimi olduğunu bir daha yəgin etdi.

Prezident İlham Əliyevin dediyi kimi, “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik”, “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Bu sözlər iki ölkə arasında birliyin, qardaşlığın təzahürüdür.

Baxmayaraq ki, Azərbaycan həm regional, həm də beynəlxalq müstəvidə öz Qələbəsini təmin edərək bütün dünyaya legitimliyini nümayiş etdirir, təəssüf ki, hələ də Böyük Sülh Sazişinin imzalanmasına maneəçilik törədən qüvvələrin, mənfur dairələrin işbazlıqlarını müşahidə etməkdəyik.

Bu baxımdan Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü ilin Dövlət Büdcəsi layihəsinin müzakirələri zamanı Azərbaycanın əldə etdiyi Qələbəsinin daimiliyini qorumaq üçün hərbi xərclərimizin artırılmasını yekdilliklə dəstəklədi. 08 noyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada keçirilən tədbirdə çıxışı zamanı vurğuladığı kimi, “Mənim prezidentlik dövrümdə əgər dövlət büdcəsinin xərclərinə nəzər salsaq, görərik ki, birinci yerdə hərbi xərclərdir, birinci yerdə. İlk növbədə, orduya, ilk növbədə, Qələbəyə aparan yola daha böyük maliyyə dəstəyi verirdik. Bu gün də belədir”.

Əgər zərurət yaranarsa Azərbaycan bu gün istənilən qüvvələrə bir daha öz gücünü göstərməyə, o cümlədən Zəfər paradının da nümayiş etdirilməsinə qadirdir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikasının

Milli Məclisinin deputatı

Paylaş:
690

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər