Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub | 1news.az | Xəbərlər
İdman

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

16:07 - 19 / 12 / 2022
Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bəlli olub

Voleybol üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Federasiyadan 1news.az-a verilən məlumata görə, dekabrın 22-də qadın voleybolçular arasında Yüksək Liqada I turun matçları keçiriləcək.

İlk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Qarşılaşma saat 16:00-da başlayacaq. Bu görüşdən iki saat sonra “Azərreyl”- UNEC duelinə start veriləcək.

Dekabrın 23-də isə kişi voleybolçular arasında Yüksək Liqada I turun “Murov” – “Neftçi” oyunu keçiriləcək. Matç saat 17:00-da başlayacaq.

Hər 3 qarşılaşma Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, kişi və qadın voleybolçuların yarışı 6 dövrədən ibarət olacaq. Yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

1news.az

Paylaş:
1237

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər