Paşinyan Sankt-Peterburqa rəsmi səfərə gedəcək | 1news.az | Xəbərlər
Ermənistan

Paşinyan Sankt-Peterburqa rəsmi səfərə gedəcək

16:44 - 20 / 12 / 2022
Paşinyan Sankt-Peterburqa rəsmi səfərə gedəcək

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.

1news.az xəbər verir ki, bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.

Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitinə qatılacağı bildirilib.

Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala isə Xaçatryan “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.

Paylaş:
1048

Son xəbərlər

Bütün xəbərlər