“Laçın-Xankəndi yolundakı etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini göstərir” - RƏY | 1news.az | Xəbərlər
Siyasət

“Laçın-Xankəndi yolundakı etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini göstərir” - RƏY

19:07 - 20 / 12 / 2022
“Laçın-Xankəndi yolundakı etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini göstərir” - RƏY

Laçın-Xankəndi yolunda keçirilən etiraz aksiyası ölkəmizdə vətəndaş cəmiyyətinin birliyini, nə dərəcədə inkişaf etdiyini göstərir. Laçın yolunda apardığım müşahidələr nəticəsində bu qənaətə gəldim ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının inkişafı ilə bağlı dövlət siyasəti prioritet istiqamətlərdən biri kimi uğurla tətbiq edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

Politoloq bildirib ki, bu gün ölkəmizin vətəndaş cəmiyyəti fəalları dinc aksiya mədəniyyətinin necə olduğunu həm Ermənistana, həm də onların havadarlarına növbəti dəfə nümayiş etdirirlər. Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatları söhbət milli maraqlardan gedən zaman necə birlik olmağı hər kəsə yaxşı nümayiş etdirdilər. QHT-lər tərəfindən milli birlik modeli bütün dünyaya ən uğurlu şəkildə nümayiş olundu.

“İstənilən halda, bunlar qeyri-hökumət təşkilatları sahəsində aparılan islahatların nəticəsidir. Çünki bu sahədə böyük işlər görülüb, agentlik təkmilləşdirilib və QHT-lərin inkişafı üçün dövlət tərəfindən yardımlar ayrılıb. QHT sektorunda aparılan uğurlu islahatların nəticəsi bu gün özünü aydın şəkildə göstərir. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafında ardıcıl dövlət dəstəyi bu gün bəhrəsini verməkdədir”, - deyə politoloq qeyd edib.

Tural İsmayılovun sözlərinə görə, bu gün qeyri-hökumət təşkilatları bir çox sahələr üzrə uğurla fəaliyyət göstərirlər. Həmçinin QHT-lər şəffaflığın təmin olunmasında da mühüm rol oynayırlar. Bu gün vətəndaş iştirakçılığının genişlənməsi, QHT-lərin millətin, dövlətin taleyi üçün vacib məsələlərdə tək yumruq olması Azərbaycanda vətəndaş cəmiyyəti institutunun bütün dünyaya örnək model kimi inkişaf etdiyini söyləməyə əsas verir.

Paylaş:
652

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər