Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ | 1news.az | Xəbərlər
Siyasət

Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ

15:28 - 21 / 12 / 2022
Vasif Talıbovun istefasının səbəbi açıqlanıb - RƏSMİ

Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış səkkizinci sessiyası keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.

Sessiyanın gündəliyinə aşağıdakı məsələ verilib: Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müraciətinə baxılması Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səhhəti ilə bağlı müraciətinə baxılmasını xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vəzifəsindən azad olunması ilə bağlı qərar layihəsi sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Qərar səsə qoyularaq qəbul olunmuşdur.

1news.az

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər