Milli Məclis İlham Əliyevi doğum günü münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclis İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

11:07 - 23 / 12 / 2022
Milli Məclis İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

1news.az-ın xəbərinə görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev 1961-ci il dekabr ayının 24-də Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ailəsində anadan olub:

"Təklif edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.

1news.az

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər