Putin Prezident İlham Əliyevə zəng edib, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Putin Prezident İlham Əliyevə zəng edib, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik müzakirə edilib

14:30 - 24 / 12 / 2022
Putin Prezident İlham Əliyevə zəng edib, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik müzakirə edilib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.

1news.az

Paylaş:
598

Son xəbərlər

Bütün xəbərlər