Dövlət başçısı Liviya Dövləti Prezident Şurasının Sədrini təbrik edib
Prezident İlham Əliyev Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfiyə məktub ünvanlayıb.
1news.az xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri,
Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Liviya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
1news.az
289