Aleksey Miller Azərbaycan Prezidentinə təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Aleksey Miller Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

11:37 - 24 / 12 / 2022
Aleksey Miller Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, firavanlıq, səmərəli və uğurlu fəaliyyət, Azərbaycanın və xalqınızın rifahı naminə yeni və daha böyük zəfərlər diləyirəm”.

1news.az

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər