“Naoborot qızışıyor” sözləri ilə tanınan şəxs vəfat etdi - VİDEO

"Azərbaycan əhalisi qan görəndə qorxmuyor, naoborot qızışıyor” sözləri ilə ölkədə tanınan Gəncə şəhər sakini, Taryel Şahverdiyev 60 yaşında dünyasını dəyişib.
1news.az Gundem.az-a istinadən xəbər verir ki, onun infarkt keçirərək vəfat etdiyi bildirilir.
Qeyd edək ki, T.Şahverdiyev Birinci Qarabağ müharibəsi qazisi olub.
O, 1991-ci ildə Gəncə şəhəri komsomol katibi, eyni zamanda Bakı Dövlət Universitetinin Hüquq fakültəsində tələbə olduğu halda ailəsindən xəbərsiz cəbhəyə gedib və daha sonra Gəncə taborunun komandiri olub.
1news.az
684