Keçmiş Roma Papası vəfat etdi | 1news.az | Xəbərlər
Dünya

Keçmiş Roma Papası vəfat etdi

14:28 - 31 / 12 / 2022
Keçmiş Roma Papası vəfat etdi

Qeyri-adi addım ataraq 2013-cü ildə taxt-tacdan əl çəkdikdən sonra “Təqaüddə olan pontifik” titulunu alan XVI Benedikt (Yozef Rattsinqer) bu gün 95 yaşında vəfat edib.

1news.az alman mətbuatına istinadən verdiyi xəbərə görə, Benedikt 2013-cü ilin fevralında sağlıq durumunu əsas gətirərək pontifik postundan istefa verib.

Bununla da o, 1415-ci ildən sonra ilk Roma Papasıdır ki, könüllü olaraq Roma Katolik Kilsəsinin rəhbəri postundan imtina edib.

XVI Benedikt 500 il sonra Müqəddəs Taxtda olmuş ilk almandır.

APA

Paylaş:
599

Son xəbərlər

Bütün xəbərlər