Ceyhun Bayramov Özbəkistan XİN ilə telefonla danışdı | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Özbəkistan XİN ilə telefonla danışdı

15:34 - 31 / 12 / 2022
Ceyhun Bayramov Özbəkistan XİN ilə telefonla danışdı

Bu gun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri vəzifələrini icra edən Baxtiyor Saidov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Ceyhun Bayramov Baxtiyor Saidovu xarici işlər naziri vəzifələrini icra etməsi münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Ceyhun Bayramov ortaq maraq və dəyərlərə əsaslanan iki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Tərəflər iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər