ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik etdi

12:32 - 31 / 12 / 2022
ABŞ-ın müvəqqəti işlər vəkili Azərbaycan xalqını təbrik etdi

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Gevara Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "Facebook" hesabında paylaşım edilib.

"Bakıda olduğum qısa zamanda Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyi məni heyran edib. 2023-cü ildə Azərbaycan mətbəxi, adətləri, mədəniyyəti haqqında daha çox öyrənməyə ümid edirəm. ABŞ-ın Azərbaycandakı səfirliyinin kollektivi adından hamınızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm", - deyə diplomat təbrik videomüraciətində bildirib.

Paylaş:
625

Son xəbərlər

Bütün xəbərlər