Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanı təbrik etdi | 1news.az | Xəbərlər
Siyasət

Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanı təbrik etdi

13:32 - 31 / 12 / 2022
Avropa İttifaqı Nümayəndəliyi Azərbaycanı təbrik etdi

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.

1news.az xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin "Facebook" hesabında paylaşım edilib.

Qeyd edilib ki, 2022-ci il Aİ-Azərbaycan münasibətlərində daha bir uğurlu və mühüm il oldu: “Bakıda və Brüsseldə bir neçə yüksək səviyyəli görüşlər keçirdik, enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzaladıq, minaların təmizlənməsində Azərbaycanı dəstəklədik, Azərbaycanla güclü və möhkəm tərəfdaşlıq qurmaq üçün bir çox layihələrimiz və tədbirlərimiz oldu. Biz həmçinin gənclərin iştirakı ilə EuroVillage, Avropa Yay Məktəbi və Aİ Gənclər Müsabiqəsi kimi bir sıra tədbirlər təşkil edərək 2022-ci ili Avropa Gənclər Ili kimi qeyd etdik. Aİ-nin Azərbaycandakı Nümayəndəliyi 2023-cü ildə də Aİ-Azərbaycan əməkdaşlığının daha da güclənməsi və dərinləşməsi istiqamətində işləri davam etdirəcək".

Paylaş:
756

Son xəbərlər

Bütün xəbərlər