Braziliya prezidentinin andiçmə mərasiminə partlayıcı qurğu ilə girmək istəyən şəxs saxlanılıb
Braziliya polisi prezident Lula da Silvanın andiçmə mərasiminə üzərində bıçaq və partlayıcı qurğu girməyə cəhd edən şəxsi saxlayıb.
1news.az-ın məlumatına görə, “Reuters” hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Xatırladaq ki, oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib və Lula da Silva rəqibi Jair Bolsonaroya kiçik fərqlə qalib gəlib.
Noyabr ayında ölkənin ən yüksək seçki məhkəməsi Bolsonaronun partiyasının prezident seçkilərində səslərin bir hissəsinin ləğv edilməsi iddiasını rədd edib.
453