İstanbula olan uçuşlar ləğv edildi | 1news.az | Xəbərlər
Dünya

İstanbula olan uçuşlar ləğv edildi

14:41 - 03 / 01 / 2023
İstanbula olan uçuşlar ləğv edildi

Türkiyənin İstanbul şəhər valisi Əli Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün ləngimələr barədə sakinlərə xəbərdarlıq edib.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yerlikaya yanvarın 2-də İstanbula enməli olan 50-dən çox reysin şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirildiyini bildirib.

Türk Hava Yolları hava limanına 100 reysin ləğv edildiyini açıqlayıb.

Açıqlamada, "Xüsusilə gecə və səhər saatlarında Trakya, İstanbul, Çanaqqala, Balıkesir, Bursanın qərbi və Manisa başda olmaq üzrə duman gözlənildiyi üçün görmə qabiliyyətinin azalması və nəqliyyatda axsamalar kimi mənfiliklərə qarşı diqqətli olun”,- qeyd olunub.

Qeyd edək ki, səhər saatlarından İstanbulda təsirli olan duman axşam saatlarında intensivliyini artırıb. Duman səbəbindən bəzi ərazilərdə görmə məsafəsi bir neçə metrə qədər azalıb.

Paylaş:
512

Son xəbərlər

Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56
Bütün xəbərlər