Baş prokuror bu tarixdə Sabirabad, Saatlı, İmişli və Cəbrayıl sakinlərinini qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş prokuror bu tarixdə Sabirabad, Saatlı, İmişli və Cəbrayıl sakinlərinini qəbul edəcək

Qafar Ağayev10:24 - 05 / 01 / 2023
Baş prokuror bu tarixdə Sabirabad, Saatlı, İmişli və Cəbrayıl sakinlərinini qəbul edəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il yanvarın 12-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcəkdir.

1news.az xəbər verir ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sabirabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
575

Son xəbərlər

Bütün xəbərlər