NASA-nın radiasiya peyki bu gün Yerə düşəcək
NASA-nın 1984-cü ildə kosmosa göndərdiyi radiasiya peyki ERBS-in bu gün Yer atmosferinə daxil olacağı gözlənilir.
1news.az xəbər verir ki, 2005-ci ildə missiyasını başa vuran və kosmos zibilinə çevrilən 2,5 tonluq peykin məqsədi insan fəaliyyətinin Yerin radiasiya balansına təsirini araşdırmaq olub.
Əldə edilən məlumatlar "Beynəlxalq Monreal Protokol Sazişi"nin formalaşmasına kömək etdi, nəticədə yer kürəsini zərərli şüalardan qoruyan ozon təbəqəsini məhv edən xloroflorokarbonların istifadəsinin kəskin azalması ilə nəticələnib.
Peykin hissələrinin bu gün Rusiya və Çinin şərqinə düşəcəyi gözlənilir. Yaşayış sahələrinə dəymə ehtimalının çox aşağı olduğunu bildirən NASA səlahiyyətliləri, peykin düşməsi nəticəsində bir adamın zərər görmə ehtimalının 9400-də 1 olduğunu bildirib.