Könül Nurallayeva: Azərbaycan idmançıları da Böyük Zəfərimizə layiq olmağa çalışır | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurallayeva: Azərbaycan idmançıları da Böyük Zəfərimizə layiq olmağa çalışır

09:51 - 10 / 01 / 2023
Könül Nurallayeva: Azərbaycan idmançıları da Böyük Zəfərimizə layiq olmağa çalışır

"Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyi etməklə yanaşı beynəlxalq arenalarda da uğurlar qazanmaqdadır".

Bunu Milli Məclisin deputatı Könül Nurallayeva deyib.

"Bu baxımdan 2022-ci il də ötən illər kimi idman sahəsində uğurlu il kimi tarixə düşdü. Ötən ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident İlham Əliyevin də söylədiyi kimi, bu sahədə qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. Ötən il idmançılarımızın qazandığı 800-dən çox medaldan 300-ə yaxının qızıl olması bunu bir daha təsdiqləyir. Üstəlik, ölkəmiz bu uğurlara idman sahəsində artan rəqabət fonunda nail olur. Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılıb və bununla bağlı heç bir maneə yoxdur. Uğurlu idman ölkəsi kimi ən böyük nailiyyətlərimizdən biri isə qazandığımız qələbələrin ardıcıl xarakter daşımasıdır".

"İlin idman yekunlarına həs olunmuş mərasimdə dövlət başçımızın əsas diqqət çəkdiyi məqamlardan biri də uğurlarımızın sabit olması ilə bağlı idi" - deyə, deputat fikirlərinə əlavə edib:

"Yəni, yeni nəsil təcrübəli idmançıların uğurlarını davam etdirir ki, bu da bizim uğurlarımızın ardıcıllığını təmin edir. Burada həm məsuliyyət, həm də iradə və peşəkarlıq, Vətən sevgisi əsas faktordur. Prezident İlham Əliyev idman ictimaiyyətilə görüşlərinin birində də bildirmişdi ki, Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar. Biz bütün uğurlarımıza həm də Vətən naminə, dövlətçilik və milli maraqlar naminə imza atırıq. Çünki əldə olunan bütün uğurlar nəticə etibarı ilə Azərbaycanın beynəlxalq statusunu daha da möhkəmləndirir. Xüsusilə Vətən müharibəsində qazandığımız böyük qələbə idmançılarımızın sərgilədiyi performanslara birbaşa təsir edib. Hər bir vətəndaş kimi, idmançılarımız da bu müqəddəs Zəfərə layiq olmağa çalışır".

K.Nurullayevanın sözlərinə görə, ötən ilin əsas uğurlarından biri də işğaldan azad olunmuş ərazilərdə idman infrastrukturunun qurulması, eyni zamanda bölgələrimizdə idman yarışlarının keçirilməsi oldu.

"Bu da əslində azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, ənənələrin davamıdır. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsinin işlənməsi, Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməlinin qoyulması idmançılarımız üçün əlavə stimuldur. İstər dövlətin idman siyasəti, istərsə də idmançılarımızın fərdi məsuliyyəti sayəsində Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Qarşıda duran yeni vəzifə və hədəflərə gəlincə, Prezident İlham Əliyevin də söylədiyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaq. Belə ki, ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilib, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın isə son mərhələsindəyik. Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançılarından uğurlar gözləyirik".

Paylaş:
586

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər