NATO-nun Ukraynaya hərbi yardımı fərq yaradır

NATO-nun Ukraynaya hərbi yardımı döyüş meydanında real fərq yaradır.
1news.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ilə birgə mətbuat qarşısında bəyanatında deyib.
Ukraynanın Soledar və Baxmut şəhərlərində ağır döyüşlərin getdiyini xatırladan NATO Baş katibi Ukrayna ordusunun cəsarətini vurğulayıb:
“Biz hərbi dəstəyimizi gücləndirməli və daha da sürətləndirməliyik. ABŞ, Almaniya və Fransanın Ukraynaya müdafiə sistemlərinin, yüngül tankların göndərilməsi ilə bağlı açıqlamalarını təqdir edirəm. Bizim dəstəyimiz döyüş meydanında real fərq yaradır”.
499