Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb
Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb.
1news.az-ın məlumatına görə, “Goal” nəşrinin siyahısında 14 keçid yer alıb.
Onlardan 13-ü 2010-cu ildən sonrakı dövrə təsadüf edib. İlk sırada isə Filippe Koutinyo qərarlaşıb. Romelu Lukaku iki dəfə cədvələ düşüb.
1. Filippe Koutinyo – 2018-ci ildə “Liverpul”dan “Barselona”ya 120+40 milyon avroya
2. Antuan Qrizmann – 2019-cu ildə “Atletiko”dan “Barselona”ya 120 milyon avroya
3. Joao Feliks – 2019-cu ildə “Benfika”dan “Atletiko”ya 126 milyon avroya
4. Usman Dembele – 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya 105 milyon avroya
5. Pol Poqba – 2016-cı ildə “Yuventus”dan “Mançester Yunayted”ə 89,5 milyon funt sterlinqə
6. Eden Azar – 2019-cu ildə “Çelsi”dən “Real”a 130 milyon funt sterlinqə
7. Harri Maquayr – 2019-cu ildə “Lester”dən “Mançester Yunayted”ə 80 milyon funt sterlinqə
8. Romelu Lukaku – 2021-ci ildə “İnter”dən “Çelsi”yə 97,5 milyon funt sterlinqə
9. Hames Rodriges – 2014-cü ildə “Monako”dan “Real”a 80 milyon avroya
10. Nikola Pepe – 2019-cu ildə “Lill”dən “Arsenal”a 79 milyon funt sterlinqə
11. Alvaro Morata – 2017-ci ildə “Real”dan “Çelsi”yə 60 milyon funt sterlinqə
12. Kepa Arrisabalaqa – 2018-ci ildə “Atletik”dən “Çelsi”yə 72 milyon funt sterlinqə
13. Romelu Lukaku – 2017-ci ildə “Everton”dan “Mançester Yunayted”ə 75 milyon funt sterlinqə
14. Zlatan İbrahimoviç – 2009-cu ildə “İnter”dən “Barselona”ya 69,5 milyon avroya