Kreml: Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib | 1news.az | Xəbərlər
Dünya

Kreml: Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib

15:02 - 12 / 01 / 2023
Kreml: Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib

Rusiya Prezidenti Vladimir Putin hərbi çağırış yaşının artırılması ideyasını dəstəkləyib.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin çağırış yaşının artırılması ideyasını konseptual olaraq dəstəkləyib, lakin arqumentasiyanı Müdafiə Nazirliyi təqdim etməlidir”, deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hərbi çağırış yaşının 18-dən 21-ə qaldırılmasını təklif edib.

Paylaş:
438

Son xəbərlər

Bütün xəbərlər