Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqları artırıldı - SİYAHI
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
1news.az həmin təşkilatların adlarını təqdim edir:
Ø Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı;
Ø Heydər Əliyev Mərkəzi;
Ø “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
Ø Azərbaycanda Atatürk Mərkəzi;
Ø Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
Ø Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu;
Ø Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
Ø Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı;
Ø Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi;
Ø Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi;
Ø Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
Ø Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində “Soyqırımı memorial kompleksi”;
Ø Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı;
Ø Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi;
Ø Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi;
Ø Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu;
Ø İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.
Ümumilikdə bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir.