Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Mirzoyana cavab verib | 1news.az | Xəbərlər
Ermənistan

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Mirzoyana cavab verib

16:43 - 17 / 01 / 2023
Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Mirzoyana cavab verib

Azərbaycan milli və etnik mənşəyindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər hüquqlar təmin etməklə, ölkə qanunvericiliyinə və Konstitusiyasına uyğun olaraq erməni əsilli vətəndaşlarını siyasi, sosial və iqtisadi məkana yenidən inteqrasiya etməkdə qətiyyətlidir.

1news.az xəbər verir ki, bunu ATƏT-in Daimi şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistan XİN başçısı Ararat Mirzoyanın çıxışına cavabında deyib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqələrin qurulması istiqamətində ardıcıl və uğurlu səylər göstərib, beləliklə, regionda su, nəqliyyat və enerji təchizatı ilə bağlı mühüm məsələləri həll edib.

“Bu əlaqələri təşviq etmək və davam etdirmək lazımdır. Bununla belə, Azərbaycan kövrək sülh quruculuğu prosesini pozmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilən Ruben Vardanyan kimi şübhəli şəxslərlə əlaqə saxlamayacaq. Müharibənin və işğalın dağıdıcı nəticələrinə və sağalmamış yaralarına baxmayaraq, Azərbaycan münaqişə başa çatdıqdan sonra Ermənistanla dövlətlərarası münasibətlərin 5 baza prinsipi əsasında normallaşması prosesinin başlanması təşəbbüsünü irəli sürdü. Son 2 il ərzində mənim ölkəm sülh gündəmini təşviq etmək üçün güclü siyasi iradə nümayiş etdirir. Ötən il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib. Bu, sülh müqaviləsinin bağlanmasına gətirib çıxara və yaxşı əsas yarada bilər”, - Azərbaycanın ATƏT-dək daimi nümayəndəsi vurğulayıb.

APA

Paylaş:
556

Son xəbərlər

Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaqBu gün, 16:59Yuxarı Şirvan kanalından meyit tapıldı -YENİLƏNİBBu gün, 16:39Güclü geomaqnit qasırğası müşahidə olunurBu gün, 16:14SOCAR Qazaxıstan neftinin tranzitinə başlayıbBu gün, 15:57Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab veribBu gün, 15:30Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçibBu gün, 15:14Niyə “iPhone 13” iş və əyləncə üçün “olmazsa olmaz” hesab olunur? - FOTOBu gün, 15:03FHN: İsmayıllıda zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 14:15İranda zəlzələ nəticəsində 82 nəfər yaralanıbBu gün, 13:58Kamaləddin Qafarov: “Ermənistan yenə odla oynayır”Bu gün, 13:42Soylunun səhhətində problemlər yaranıbBu gün, 13:35Şəmkirdə zəlzələ qeydə alınıbBu gün, 13:12Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”Bu gün, 12:54Sabahın hava proqnozu açıqlanıbBu gün, 12:36“Cənubi Qafqazda davamlı sülhə doğru əldə edilən irəliləyiş ABŞ-ı daha da ruhlandırır”Bu gün, 12:27“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı”Bu gün, 12:07İsmayıllıda zəlzələ qeydə alınıbBu gün, 11:51Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışa verilibBu gün, 11:31XİN: “Ermənistan dezinformasiya kampaniyası həyata keçirir”Bu gün, 11:26Azərbaycan XİN Xaçaturyana cavab verdiBu gün, 11:20
Bütün xəbərlər

Next TV