Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək | 1news.az | Xəbərlər
Ermənistan

Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək

11:20 - 17 / 01 / 2023
Avropa İttifaqı Ermənistana yeni missiya göndərəcək

Avropa İttifaqı (Aİ) Ermənistana yeni missiya göndərəcək.

1news.az Report-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib.

Qeyd olunub ki, bu dəfəki missiyanın müddətinin 2 ay yox, 2 il olması nəzərdə tutulub.

Məlumata görə, Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Antiböhran İdarəetməsinin Mülki Məsələlər Komitəsi layihəni bəyənib.

Bildirilib ki, 200-ə yaxın avropalı mütəxəssis yeni missiyanın tərkibində təmsil olunacaq.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər