İndoneziyada 7,2 ballıq zəlzələ oldu

İndoneziya sahillərinin yaxınlığında Molukka dənizində 7,2 bal gücündə zəlzələ baş verib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Geoloji Xidməti yayıb.
Zəlzələnin episentri Tobelo şəhərindən 155 km şimal-qərbdə yerləşib. Sözügedən şəhərdə isə təqribən 10 min sakin yaşayır.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki məlumat daxil olmayıb.
Qafqazinfo
481