Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başlayıb | 1news.az | Xəbərlər
Dünya

Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başlayıb

1news Redaksiyası13:35 - 19 / 01 / 2023
Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başlayıb

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius andiçmədən sonra vəzifəsinə başlayıb.

1news.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib.

"Federal Prezident təyinat şəhadətnaməsini təhvil verdikdən sonra Boris Pistorius Bundestaqda and içərək vəzifəsinin icrasına başlayıb", deyə Müdafiə Nazirliyi bildirib.

Xatırladaq ki, daha əvvəlki müdafiə naziri Kristin Lambrext postundan istefa verib.

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər